"Öyrənmə bacarıqlarının müəyyən edilməsi"adı altında seminar keçirilmişdir.
Öyrənmək həyatımızın əsas hissələrindən biridir və həmişə də belə olacaq. Dünyanın sürətlə dəyişdiyi və inkişaf etdiyi dövrdə baş verənlərlə ayaqlaşmaq üçün öyrənmək vacibdir. Məktəbin psixoloqu Məmmədova Aytac müəllimlərlə şagirdlərin "Öyrənmə bacarıqlarının müəyyən edilməsi"adı altında seminar keçirilmişdi. Seminar zamanı müəllimlərlə "şagirdlərin öyrənmə bacarıqları"haqqında müxtəlif təkliflər irəli sürüldü. Şagirdlərin temperament tipinə uyğun olaraq fəaliyyətə cəlb olunma metodlari müzakirə olundu.