Yeniyetmələr (U-17) arasında keçirilən beynəlxalq “Təhsil” turnirinə yekun vurulub.
Dekabrın 19-da Elm və Təhsil Nazirliyinin Azərbaycan Güləş Federasiyası ilə birgə təşkil etdiyi yunan-Roma və sərbəst güləş üzrə yeniyetmələr (U-17) arasında keçirilən beynəlxalq “Təhsil” turnirinə yekun vurulub. Məktəbimizin şagirdi Qurbanlı Mahir 110 kq çəkidə mübarizə aparıb I yeri qazanmış, qızıl medalla təltif olunmuşdu. Məktəb rəhbərliyi onu bu uğuru münasibətilə təbrik etdi.