"Heydər Əliyev və Azərbaycan tarixi " adlı məqalə müsabiqəsi təşkil olundu.

" Bu gün dövlətimiz sağlam inkişaf yolunda addımlayir. Bu yol biz gənclər üçün çiçəkli və aydındır. Bu inkişaf yolu biz gənclərin gələcəklə bağlı daha əmin qərarlar almamıza şərait yaradır "

Bu devizlə yola çixdi şagirdlərimiz. Müstəqilliyimizin qurucusu ümummilli liderinin 99- cu ildönümü münasibətilə Bakı Şəhər Icra Hakimiyyətinin rəhbərliyi ilə keçirilən "Heydər Əliyev və Azərbaycan tarixi " adlı məqalə müsabiqəsi təşkil olundu.Bu möhtəşəm müsabiqəyə Bakı Şəhəri Təhsil Idarəsinin tabeliyində olan 300 dən çox məktəbin qatılması,minlərlə məqalənin təqdim olunması, şagirdlərimizin, gənclərimizin Vətən ,xalq, millət sevgisi, Azərbaycanın tarixi, onun dünəni ve bu gününe aid araşdırmaları əsl gələcəyə körpü yarada biləcək faktlardır.Müstəqil Azərbaycan - Müasir Azərbayacanın qurucusu ,Ümummili lider Heydər Əliyev dühası,İlham Əliyev siyasəti ,onun bu ölkə üçün etdiyi fədakarlıqlar hər biri şagirdlərimizin diqqətindən yayınmadı.Ən yaxşı məqalələr mütəxəssislər tərəfindən dəyərləndirildi və kitab şəklində ictimaiyyətə təqdim edildi."Heydər Əliyev və Azərbaycan tarixi " adlı kitab şagirdlərin düşüncələri ,fikirləri ilə yazıldığı üçün xüsusilə dəyərlidir .

118 nömrəli məktəb olaraq bu böyük layihədə məktəbimizin 10- cu sinif şagirdi Məmmədli Fatimə Faiq qızı" Böyük qayıdış - yeni başlanğıc " adlı məqaləsiylə istirak etdi.Suraxani rayonu üzrə eyniadli məqalənin qalibi kimi seçilərək öz imzasını möhtəşəm kitaba yazdıra bildi. 16 dekabr 2022 ci il tarixdə Bakı Şəhər Icra Hakimiyyətində Eldar Əzizovun rəhbəriliyi ilə keçirilən möhtəşəm konfransda şagirdimiz səlis nitqi ,təsirli cıxışı ilə dövlətçiliyimiz üçün, müstəqilliyimiz üçün böyük işlər görən Ümummilli liderimiz və İlham Əliyev cənablarının gördüyü işlərə nəzər salmış ,bu şəraiti yaratmış Bakı Şəhər Icra Hakimiyyətinin bu yolda dəstək olan Bakı Şəhər Icra Hakimiyyətinin başçısı Eldar Əzizova minnətdarlığını bildirərək bu cür tədbirlərin onların həyatında ,dünyagörüşündə xüsusi rola malik olduğunu ,gələcəkdə də davamının olmasını arzuladığını dilə gətirdi .

Əldə edilən uğurlara görə Məmmədli Fatimə və elmi rəhbər Qasımova Ayşatı təbrik edirik və gələcək işlərində uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi