"Duzların fiziki-kimyəvi xassələri" mövzusunda təcrübələr apardılar.
Kimya müəllimi Çələbiyeva Cəmilənin rəhbərliyi ilə şagirdlər "Duzların fiziki-kimyəvi xassələri" mövzusunda təcrübələr apardılar. Duzların kimyəvi xassələrinə aid təcrübələr nümayiş olundu. Dəmir (II) sulfatın maqneziumla, natrium-karbonatın xlorid turşusu ilə, dəmir (III) xloridin kalsium-hidroksidlə, dəmir (II) sulfatın natrium-hidroksidlə reaksiyaları şagirdlərə göstərildi.