"İntihara yox deyək!!" mövzusunda tədbir həyata keçirdi.
Bəzən dərdlər insanın üstünə yağış kimi yağır. Amma unutmaq olmaz ki, rəngbərəng göyqurşağı yağışdan sonra çıxır. Bəzi insanlar intiharı çarə kimi düşünür. Məhz bu səbəbdən təhsilalanları maarifləndirmək, onları daha nikbin ruhda tərbiyələndirmək ücün məktəbin UBTR-i S.Məmmədova, psixoloqlar Ü.Cəbrayılova, A.Məmmədova "İntihara yox deyək!!" mövzusunda tədbir həyata keçirdi. Çıxışları zamanı psixoloqlar qeyd etdilər ki, ilk öncə insan çevrəsinə mütləq diqqət etməlidir. Normal psixologiyaya sahib insanlarla bir yerdə olsaz “ölüm” haqqında fikirlər azala bilər. Daha sonra mütləq şəkildə mütəxəssisə müraciət edin.Hansı mövzu olur olsun mütləq öhdəsindən gələcəyiniz çarələr mütləq vardır.Siz yetər ki,görməyə çalışın.Həyat bütün ağrı-acılara,çətinliklərə baxmayaraq gözəldir.