" Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi XX əsrdə xalqımızın ən böyük nailiyyətidir" mövzusunda nümunəvi dərs təşkil edildi.
Məktəbin tarix müəllimi t.ü.f.d Amənə Kərbalayeva " Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi XX əsrdə xalqımızın ən böyük nailiyyətidir" mövzusunda nümunəvi dərs təşkil etmişdir. Nümunəvi dərsdə şagirdlərin nəzərinə çatdırıldı ki, Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir. Sonda məktəb rəhbərliyi fənn müəllimi Amənə Kərbalayevaya və şagirdlərə öz təşəkkürünü bildirdi.