STEAM layihəsi uğurla tətbiq olunur.
STEAM fənlərarası, praktik və tətbiqi dərslərdən ibarətdir. Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərir. Məktəbimin şagirdləri Steam dərsində fənn müəllimi Çopsiyeva Pərvanənin rəhbərliyi ilə müxtəlif maraqlı ləvazimatlar hazırladılar. Bu biliklər şagirdlərə mühəndislik səriştələri öyrədərək, onların real həyatda problemlərin həlli zamanı tətbiqini aşılayır.