VII siniflərdə monitorinq keçirildi.
Məktəbin fəaliyyət planına uyğun olaraq 06.12.2022-ci il tarixində VII siniflərdə monitorinq keçirildi. Monitorinqdə şagirdlərə təqdim olunan tapşırıqlar tədris dili fənnindən oxu və dil qaydaları məzmun xətlərini, riyaziyyat fənnindən isə ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, ölçmə, statistika və ehtimal məzmun xətlərini əhatə etdi. Təhsilalanlara tədris dili fənni üzrə 30 qapalı sual, riyaziyyat fənni üzrə isə 27 qapalı və 3 açıq sual təqdim olundu. Monitorinqin müddəti 120 dəqiqədir.