"Erkən nikah"a qarşı birlikdə mübarizə aparaq" mövzusunda maarifləndirici tədbir keçirildi.
Təəsüflər olsun ki, həyata keçirilən tədbirlərə baxmayaraq, erkən nikah problemi digər ölkələrdə olduğu kimi ölkəmizdə də hələki mövcuddur və narahatlıq doğuran bir məsələdir. Məhz bu səbəbdən məktəbimizin UBTR-i Məmmədova Sinarənin, psixoloqlar Cəbrayılova Ülviyyə, Məmmədova Aytacın təşkilatçılığı ilə şagirdlərlə "Erkən nikah"a qarşı birlikdə mübarizə aparaq" mövzusunda maarifləndirici tədbir keçirildi.