“Yaradıcı müəllim: inkişaf edək, etdirək” mövzusunda təqdimat müsabiqəsi həyata keçirildi.

Ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, qabaqcıl təcrübəyə malik, yaradıcı, yenilikçi müəllimləri aşkara çıxarmaq, onların təcrübələrini təbliğ etmək və qabaqcıl müəllimlər bazasını yaratmaq məqsədi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi “Yaradıcı müəllim: inkişaf edək, etdirək” mövzusunda təqdimat müsabiqəsi həyata keçirdi. Müsabiqədə məktəbin tarix müəllimi, fəlsəfə doktoru Amənə Kərbalayeva və 10 a sinif şagirdi Fatimə Məmmədli iştirak etdi. Fatimə "Nədir yaradıcı şagird? Yaradıcı şagird necə formalaşmalıdır?" adlı tezisi ilə çıxış etdi. Məktəb kollektivi adından həm Amanə müəlliməni, həm də Fatiməni uğurlu çıxışı münasibətilə təbrik edir, onlara növbəti fəaliyyətlərində də uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi