" Əhməd Cavad yaradıcılığı" adlı ədəbi-bədii kompozisiya keçirildi.

Məktəbin fəaliyyət planına uyğun olaraq Qafarova Aynurun təşkilatçılığı ilə 5c sinfində " Əhməd Cavad yaradıcılığı" adlı ədəbi-bədii kompozisiya keçirildi. Fənn müəllimi və şagirdlər Əhməd Cavad yaradıcılığından söhbət açdılar. Qeyd etdilər ki, Cümhuriyyət dövrünün ən parlaq şairlərindən biri də Əhməd Cavaddır. Əhməd Cavad şeir-sənət aləminə qatıldığı ilk günlərdən Azərbaycan türklərinin və türk dünyasının milli şairi kimi sevilmişdir. Sonda qeyd olundu ki, böyük şair Əhməd Cavad ömrünün sonuna qədər milli istiqlal ideyalarına sadiq qaldı, hüquqları çeynənən bir ölkənin haqq səsi oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi