VI siniflərində monitorinq təşkil olundu.
24.11.2022 tarixində BŞTİ-nin göstərişi ilə məktəbin VI siniflərində monitorinq təşkil olundu. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən monitorinqin əsas məqsədi şagirdlərin təlim nəticələrini təhlil etmək, bu istiqamətdə müvafiq tədbirlər görmək, buraxılış fənləri üzrə keyfiyyəti artırmaq, məktəb özünüqiymətləndirməsini formalaşdırmaq və onun tətbiqi üçün zəmin yaratmaqdan ibarətdir. Təşkil olunmuş monitorinq zamanı şagirdlərin təlim dili, riyaziyyat, xarici dil fənləri üzrə müvafiq bilikləri yoxlanılıb.