"Cavad ömrü" adlı ədəbi-bədii gecə təşkil edildi.

Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavadın 130 illik yubileyidir. Bu münasibətlə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri C.Nüşabə, Q.Ayşat, M.Çinarə "Cavad ömrü" adlı ədəbi-bədii gecə təşkil etdilər. Sonra tədbirdə böyük şair Əhməd Cavadın ömrünün sonuna qədər milli istiqlal ideyalarına sadiq qalaraq təqiblərin, məhbəs və işgəncələrin onun iradəsini qıra bilməməsi və şairin bir dəfə də olsun xalqına, eləcə də qələminə xəyanət etməməsindən bəhs edilib: “Ə.Cavad son nəfəsinədək Azərbaycanın azadlığına sadiq qalaraq, bu yolda şəhidlik zirvəsinə ucalan vətənpərvər kimi, həmçinin Azərbaycan istiqlalının böyük şairi kimi yaddaşlarımızdan heç zaman silinməyəcək”.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi