" Yol hərəkəti qaydalarına necə əməl edirəm?" mövzusunda dəyirmi masa keçirilmişdir.
Ayaq saxla bir dayan,
Yolu keçmə burdan,
Keç yeraltı keçiddən,
Uzaq ol təhlükədən!
Uşaqlara kiçik yaşlardan etibarən yol hərəkəti qaydaları haqqında qısa məlumat verilməlidir. Bu bilgi gələcəkdə onları müxtəlif qəza şəraitlərindən xilas olmağına imkan yaradacaq. Uşaqlara uşaq dili ilə, onların başa düşəcəyi tərzdə - oyunlarla, oyuncaqlarla yol təhlükəsizliyi qaydalarını aşılamaq mümkündür. Bu məqsədlə 6ç sinfində Cəfərova Nüşabə uşaqlarla " Yol hərəkəti qaydalarına necə əməl edirəm?" mövzusunda dəyirmi masa keçirdi, 3b sinfində Mansurova Nairənin təşkilatçılığı ilə " Yol hərəkəti qaydalarını bilirəm" mövzusunda uşaqlarla söhbət aparıldı. Yol hərəkəti qaydalarını bilməyin vacibliyi onların diqqətinə çatdırıldı. Qaydaları bilmək və onlara riayət etmək yolda, küçədə insanların təhlükəsizliyini təmin edir, onların həyatını qoruyur.