Növbəti monitorinq keçirildi
Bu gün 118 nömrəli tam orta məktəbdə IX-XI siniflərdə Azərbaycan dili və riyaziyyat fənlərindən növbəti məktəbdaxili monitorinq keçirildi. Monitorinqdə 75 nəfər IX sinif şagirdi,40 nəfər X sinif şagirdi,21 nəfər XI sinif şagirdi iştirak etdi.Monitorinq saat 14:00-da başladı,15:30-da qurtardı.Riyaziyyat fənnindən şagirdlərə 15 açıq və 15 qapalı test təqdim olundu.Azərbaycan dili fənnindən isə monitorinq iki mərhələdə aparıldı.I mərhələdə şagirdlərə 15 açıq və 15 qapalı test,II mərhələdə esse təqdim olundu.Monitorinq məktəb rəhbərliyinin xüsusi nəzarəti altında həyata keçirildi.Nəticələrin məktəb pedaqoji şurasında müzakirəsi nəzərdə tutuldu.Növbəti monitorinqin vaxtı yanvar ayının II ongünlüyünə təyin olundu.