Məktəb şəhid Mərdanov Vaqif Ədalət oğlunun şəhadətinin ikinci il dönümü münasibətilə "Anım tədbiri" keçirib.

Ey Vətən oğlu, düşün, bil ki, sənindir bu Vətən,

Sabahın, həm bu günün, həm dünənindir bu Vətən.

Sənin öz dövlətin, öz millətin, öz cəddin var

Vətən uğrunda ölənlər ölümündən doğular.

Biz Vətən məcnunu, el aşiqi, sülh əsgəriyik

Biz Vətən naminə ölsək, dirilərdən diriyik.

Milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. Bu oğullar öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır, onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır. Hər zaman qurur və fəxrlə qeyd edəcəyimiz Böyük Zəfər Gününü bu igid qəhrəmanlarımıza borcluyuq. Hər zaman ən səmimi, ən ulvi hisslərlə anılmağa layiq qəhrəmanlarımıza..

44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, “"Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Cəsur döyüşçü" medallarına layiq görülən Hövsan qəsəbəsinin şəhidi Mərdanov Vaqif Ədalət oğlunun şəhadətinin ikinci ildönümü münasibətilə anım tədbiri keçirildi. Tədbirdə Suraxani rayon İcra Hakimiyyəti başcisi Əziz Əzizov, YAP Suraxani rayon təşkilatının sədri Vuqar Seyidov və digər qonaqlar istirak etdilər. Şəhidin xatirəsi ehtiram sukutu ilə anıldı. Məktəbin direktoru Nizaməddin Ağcayev tədbiri giriş sozu ilə açaraq qonaqları təqdim etdi. Məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya rəğbətlə qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi