“Gənclərin Qarabağ müharibəsi və şəhid ailələri ilə bağlı görüşü” adlı tədbir keçirildi

Bu gün Suraxanı rayon 118 nömrəli tam orta məktəbdə “Gənclərin Qarabağ müharibəsi və şəhid ailələri ilə bağlı görüşü” adlı tədbir keçirildi.Tədbirdə şəhid Etibar Cəfərovun atası Firuz Cəfərov, Qarabağ əlilləri cəmiyyətinin Suraxanı bölməsinin sədri Oqtay Əliyev,Suraxanı rayon qadın və inkişaf cəmiyyətinin sədri Şövkət xanım, valideyn icmasının sədri Hacı Allahverən Məmmədzadə,məktəbin müəllimləri, şagirdlər və valideynlər iştirak edirdilər.Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə torpaqlarımızın ərazi bütövlüyü və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edildi.Tədbirdə çıxış edən qonaqlar canlarını torpaq uğrunda,haqq,ədalət,sülh naminə qurban verən igid övladların qəhrəmanlığından ,şücaətindən danışdılar və qeyd etdilər ki,o insanları yad etmək,xatırlamaq bizim həm övladlıq,həm də vətəndaşlıq borcumuzdur.Şəhid Etibar Cəfərovun atası Firuz Cəfərov bildirdi ki,şəhidlər tək bir ailənin deyil,bütün Azərbaycan xalqının övladıdır.Sonda çıxış edən məktəbin direktoru Nizaməddin Ağcayev əlil vətəndaşlara və şəhid ailələrinə göstərilən dövlət qayğısının gücləndirilməsi siyasətindən,bu ailələrin mənzil və məişət şəraitinin yaxşılaşdırılmasından,müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsindən geniş söhbət açdı.Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən bu siyasət sayəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlığını ifadə etdi,tədbir təşkilatçılarına təşəkkürünü bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi