"Mənim hüquqlarım" adlı maarifləndirici tədbir keçirilmişdir.

UBTR Məmmədova Sinarənin təşkilatçılığı ilə 1c və 4c  siniflərində "Mənim hüquqlarım" adlı maarifləndirici tədbir keçirilmişdir. Sinif daxilində mövzu üzrə diskussiya aparıldı. Şagirdlər onlara məlum olan hüquqları səsləndirdilər. Yaşından asılı olmayaraq hər bir vətəndaş öz hüquqlarını bilməlidir qənaətinə gəldilər. Bu seminarın təşkil olunmasının əsas məqsədi 20 noyabr- Ümumdünya Uşaq Günü ərəfəsində BMT-nin Uşaq Hüquqları Konvensiyasiyası haqqında uşaqları maarifləndirmək idi. Seminarda şagirdlərə uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumat verildi. Sonda şagirdlərə mövzu ilə bağlı video çarx təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi