IX siniflərdə buraxılış imtahanlarına hazırlıq məqsədi ilə monitorinq keçirilmişdir.
Məktəbin illik fəaliyyət planına və İnkişaf proqramına əsasən IX siniflərdə buraxılış imtahanlarına hazırlıq məqsədi ilə monitorinq keçirilmişdir. Məktəb rəhbərliyinin müşahidəsi ilə monitorinq əvvəlcədən müəyyən edilmiş nəzarətçilər tərəfindən həyata keçirilmişdir.
Monitorinqin əsas məqsədi şagirdlərin təlim nəticələrini təhlil etmək, bu istiqamətdə müvafiq tədbirlər görmək, buraxılış imtahanı fənn bloku üzrə tədris keyfiyyətini daha da artırmaqdan ibarətdir.
Monitorinq zamanı şagirdlərin təlim dili, riyaziyyat, xarici dil fənləri üzrə müvafiq bilikləri yoxlanılıb.