"Zərərli vərdişlərə yox deyək" mövzusunda maarifləndirici söhbət aparılmışdır.
Bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizə bu gün xususilə aktual xarakter daşıyır. Narkomaniya əleyhinə aparılan tədbirlər hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olmuş, onların gücləndirilməsi istiqamətində bir sıra işlər görülmüşdür.
Məktəbin tədbirlər planına əsasən tərbiyə işləri üzrə direktor müavini Cəfərzadə Cavid Əli oğlunun təşkilatçılığı ilə "Zərərli vərdişlərə yox deyək" mövzusunda maarifləndirici söhbət aparılmışdır.