"Qarabağ Azərbaycandır!" mövzusunda inşa müsabiqəsi keçirilmişdir.
Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.
Elm və Təhsil Nazirliyinin tədbirlər planına əsasən məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İsmayıllı Sevincin təqdimatında "Qarabağ Azərbaycandır!" başlığında inşa müsabiqəsi keçirilmişdir.