Məktəbdə "27 Sentyabr" anım tədbirləri keçirilir.
Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.
Məktəbin tədbirlər Planına əsasən Qafarlı Aynurun təşkilatçılığı ilə bir qrup şagird Şəhidlər Xiyabanında ziyarətdə oldular. Əziz şəhidlərimizin ruhu anıldı, nitq söylənildi, şeir parçaları səsləndirildi.