V-XI siniflərin sinif rəhbərləri ilə görüş keçirdi.

Sentyabr ayının 24-də məktəbin direktoru Nizaməddin Ağcayev V-XI siniflərin sinif rəhbərləri ilə görüş keçirdi. Görüşdə məqsəd V-XI siniflərdə tədrisin təşkili, şagird özünüidarə inkişafı vasitəsilə şagirdlərin sosial əhəmiyyətli, yaradıcı fəaliyyətlərinin təşkili, şagirdlərlə məktəbli formasının zəruriliyi haqqında söhbəti və şagirdlərin məktəbli formada gəlmələrinə nəzarət, şagirdlər arasında aparılmış vəzifə bölgüsünə görə görülmüş işləri ümumiləşdirmək, təhlil etmək, şagirdlərə istiqamət vermək,sinif kollektivi ilə sistemli işi təşkil etmək oldu. Sinif jurnallarının işlənməsi qaydası izah olundu. İclasda çıxış edən direktor müavini Cəfərzadə Cavid bildirdi ki, dərsdənkənar tədbirlər hesabına şagirdlərin sosial aktivliyini artırmaq mümkündür. Hər bir müəllimin fikri dinlənildi və verilən suallar cavablandırıldı.

Məktəbin İnkişaf Proqramına uyğun olaraq sinif rəhbərlərinə tərbiyəvi iş planı təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi