Məktəbdə "Sağlamlıq" mövzusunda monitorinq keçirilmişdir.
Son dövrlər fəsil dəyişikliyi ilə əlaqədar olaraq bəzi xəstəliklərin sayı artıb. Bu xəstəliklərə xüsusilə də, immuniteti zəif olan uşaqlar yoluxur. Əsasən də bu yoluxma məktəbdə bir biri ilə yaxın münasibətdə olan şagirdlər arasında daha çox olur. Bunun üçün də məktəb sadəcə, təhsil verməklə kifayətlənməyib, həm də şagirdlərin sağlamlığına cavabdeh olmalıdır. Bu işdə də əsas yük məktəblərdəki tibbi xidmətin üzərinə düşür. Bu yazımızda orta məktəblərdə olan tibb otaqlarının vəziyyətini, necə təchiz olunduğunu, orada çalışan tibb bacısının fəaliyyətinin nədən ibarət olduğunu öyrənmək məqsədi ilə məktəbin direktor müavini və tibb bacısı Xalidə xanım birinci siniflərdə monitorinq keçirmişdir.