“Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində Suraxanıda məktəblilərin təntənəli yolasalma mərasimi olmuşdur

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədi ilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə “Ölkəmizi tanıyaq” tur-aksiyaları təşkil olunur.“Ölkəmizi tanıyaq” tur-aksiyaların növbəti mərhələsində 17 noyabr 2016-cı il tarixdə Suraxanı məktəblilərinin Gəncə şəhərinə təntənəli yolasalma mərasimi olmuşdur.Suraxanı rayon məktəbliləri əvvəlcə ümummilli liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdilər, Heydər Əliyev Mərkəzi ilə tanış oldular.Layihə iştirakçıları ilə keçirilən görüşdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirdi ki,layihənin əsas məqsədi gəncləri Azərbaycanın müxtəlif bölgələrinin tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış etmək, Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqillik illərində əldə olunan nailiyyətlərin dərindən öyrənilməsinə nail olmaq, eyni zamanda, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyəti və iradəsi ilə ölkəmizin hazırkı dinamik sosial-iqtisadi inkişafını, gündən-günə abadlaşan şəhər və rayonlarımızın müasir simasını göstərməkdir.Bu aksiya çərçivəsində Suraxanı gəncləri Gəncə, Şəmkir və Göygöldə olacaqlar. Onlar Gəncə şəhərində Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Qədim Qala divarları, “İmamzadə” kompleksi, Cömərdi Qəssab türbəsi, Nizami Gəncəvinin məqbərəsi, Amfiteatr, Nizami Gəncəvi adına Mərkəz və Gəncə avtomobil zavoduna, Şəmkir rayonunda “Orta əsr Şəmkir şəhəri”, “Abidələr” parkı, Alman kilsəsi, “İstiqlal” parkı və nəfis çörək zavoduna, Göygöl rayonunda Alman kirxası, sonuncu alman Viktor Klaynın ev muzeyinə baxış keçirəcək, Hacıkənd qəsəbəsinə və Göygöl milli parkına ekskursiya edəcəklər.Tədbirdə çıxış edən 118 nömrəli tam orat məktəbin direktoru Nizaməddin Ağcayev vurğulayıb ki, hər şeydən əvvəl uşaqlara qayğıdan, onların vətənpərvər ruhda tərbiyəsinə göstərilən diqqətdən irəli gələn bu təşəbbüsə görə Prezident İlham Əliyevə minnətdarıq.Tədbir rayonun mədəniyyət kollektivlərinin hazırladıqları konsert proqramı ilə davam etdi.Sonra şagirdlər onlar üçün ayrılan avtobusla Gəncə şəhərinə yola düşdülər.Məlumat üçün bildirək ki, turun mütəşəkkil və nümunəvi qaydada təşkil edilməsi məqsədi ilə Rayon İcra Hakimiyyətində qərargah yaradılıb. Qərargah üzvləri əvvəlcədən tur səyahəti üçün zəruri təşkilatı tədbirləri görüb və ekskursiyaya gedən şagirdlərlə ətraflı izahat işləri aparıblar.Şagirdlər onlara yaradılan bu şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi