Dirçəlişdən müstəqilliyə gedən yol

“Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır. Vətən müharibəsi bütün xalqın, hər bir vətəndaşın öz şərəf və namusunu qorumaq üçün aparılan müharibədir! Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir. Xalq, azadlıq uğrunda mübarizə apararkən qurbanlar verməlidir. Keçmişdə də belə olmuşdur,bu gün də belədir, gələcəkdə də belə olacaqdır”. HEYDƏR ƏLİYEVBildiyimiz kimi, xalqımız mübarizələr dolu tarixi bir yol keçmişdir. Bunların hamısının bir məqsədi olmuşdur:azadlıq, müstəqillik. Sözün hər mənasında dirçəliş, mübarizə aparmaq və özünütəsdiq etməkdir. Elə bizim xalqın da Milli Dirçəliş günü onun özünün təsdiqi idi. Müstəqil Azərbaycanın dövlət səviyyəsində qeyd etdiyi bayramlar içərisində Milli Dirçəliş günü xüsusi yer tutur. 1988-ci ildə Azərbaycan SSR-də anti-sovet xalq hərakatı başladı. İlk etiraz mitinqi 1988-ci il fevralın 19-da Bakıda başladı.1988 ci-ilin noyabrın 17-də Şuşada yerləşən məşhur Topxana meşəsinin qırılmasına etiraz əlaməti olaraq Azərbaycan xalqı ilk mitinqi keçirdi.Topxana hadisələri ilə mitinqlərin yeni dalğası –Meydan hərəkatı yarandı və dekabrın 4-də hakimiyyət orqanları Azadlıq meydanındakı oturaq mitinqi ordunun köməyi ilə dağıtmağa nail oldular. 1988-ci il noyabrın 17-də Azərbaycan xalqı ona edilən ədalətsizliyə qarşı yumruq kimi birləşmək qüdrətində olduğunu sübut etdi. XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyəti də məhz müstəqil Azərbaycan dövlətinin yaranmasıdır. Öz müstəqilliyini bərpa edən ölkəmiz artıq demokratik, hüquqi, dünyavi dövlətin möhkəm təməlini qoymuşdur.Bu gün məktəbimizdə 17 noyabr – Milli Dirçəliş gününə həsr olunmuş “Dirçəlişdən başlayıb müstəqilliyə gedən yol” adlı tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni ilə açılan tədbirdə ümumilli lider, əbədiyaşar prezident Heydər Əliyevdən sitatlar səsləndirildi, xalq qəhrəmanı, Xürrəmilər hərəkatının rəhbəri, görkəmli sərkərdə Babək Xürrəmiyə həsr olunmuş "Babək" kinofilmindən fraqmentlərin fonunda ədəbi-bədii kompozisiya ifa olundu. Aparıcılar "Milli Dirçəliş günü"nün yaranması və milli xalq hərəkatı haqda tarixi faktlara əsaslanaraq geniş məlumat verdilər. Şagirdlərin ifasında vətənpərvərlik şeirləri və mahnıları səsləndirildi. O dövrün hadisələrini əks etdirən videoçarx nümayiş olundu. Məktəbin direktoru Nizaməddin Ağcayev çıxış edərək tədbirin iştirakçılarına və təşkilatçılarına təşəkkür etdi. Öz fikir və iradlarını bildirdi. Bütün kollektivi "17 noyabr-Milli Dirçəliş günü" münasibətilə təbrik etdi. Fərqlənən şagirdlər rəğbətləndirildi. Tədbir "Cəngi" sədaları altında söylənən təbriklə başa çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi