Aztəminatlı ailələrlə görüş

Aztəminatlı və valideyn himayəsindən məhrum olan ailələrə kömək məqsədilə məktəb tərəfindən müntəzəm olaraq yardım aksiyaları keçirilir.Növbəti xeyriyyə aksiyası məktəbin 5c sinif şagirdi Cəfərova Ruqiyyənin doğum gününə təsadüf etdi.3 dəfə beyin əməliyyatı keçirən Ruqiyyəni sevindirmək üçün məktəb rəhbəri Nizaməddin Ağcayevin təşəbbüsü və rəhbərliyi ilə 06.04.2015 tarixində bir qrup valideyn-şagird-müəllim heyətinin şəxsi hesabından müəyyən miqdar ayırmaqla,ata himayəsindən məhrum olan və çətin şəraitdə yaşayan bu ailə ilə evində görüş təşkil olundu.Doğum günü üçün hazırlanan tort təntənəli surətdə kəsildi və maddi yardım ailəyə təqdim olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi