"Erkən nikah və onun fəsadları" adlı tədbir keçirilmişdir.
Erkən nikah hallarının baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yeniyetmə və gənclərin erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsinin artırılmasına xüsusi önəm verir, mütəmadi olaraq bu sahədə maarifləndirmə tədbirləri həyata keçirir.
Bu istiqamətdə görülən işlərin davamı olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli, 213 nömrəli Qərarı ilə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” təsdiq edilmişdir. Bu məsələ məktəbin "Tədbirlər Planı"nda öz əksini tapmışdır. Belə ki müntəzəm olaraq yuxarı sinif şagirdləri arasında maaridləndirmə tədbirləri həyata keçirilir.
Növbəti "Erkən nikah və onun fəsadları" adlı tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Azərbaycanın ərazi bötövlüyü uğrunda canlarından keçmiş şəhidlərin anılması ilə başladı. Tədbirdə iştirak edən Suraxanı rayon İcra Hakimiyyətinin başçısının müavini Könül xanım Axundova, Suraxanı RİH yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvləri: rayon polis idarəsinin İctimai Təhlükəsizlik şöbəsində Yetkinlikyaşına çatmayanlarla profilaktikiişin təşkili bölməsinin rəisi, polis polkovnik leytenantı Əfqan Ağayev və bölmənin digər əməkdaşları maarifləndirmə tədbirlərinin zəruriliyini vurğulamış və şagirdlərin suallarını cavablandırmışlar. Məktəbin psixoloqu Aytac Əliyeva mövcud sahədə görülən işlərin səmərəliliyi barədə məlumat verdi. Məktəbin 9-cu sinif şagirdi Fatimə Məmmədli öz həmyaşıdlarına müraciət ünvanladı, bədii hissədə şagirdlərin ifaları rəğbətlə qarşılandı. Tədbirdə Hövsan Bələdiyyəsinin sədri, valideynlər və müəllimlər iştirak edirdi.