Bir sıra siniflərdə sinif təşkilat saatı yoxlanılmışdır.
Sinif rəhbərlərinin apardığı çoxcəhətli tərbiyəvi işin ən mühümü və ən əsası olan sinif təşkilat saatı şagirdlərin təhsil və tərbiyəsini təşkil etmək, fəaliyyətlərinə düzgün istiqamət vermək üçün çox faydalı və gərəklidir. Belə bir tərbiyəvi iş üsulu ona görə çox vacibdir ki, bu vaxt şagird şəxsiyyətinin hərtərəfli və dinamik inkişafı üçün hər cür şərait yaranır. Direktor müavinləri Cəfərzadə Cavid və Güllər Məmmədlinin təşkilatçılığı ilə məktəbin direktoru N.Ağcayevin müşayəti ilə bir sıra siniflərdə sinif təşkilat saatı yoxlanılmışdır.