Qala Dövlət Etnoqrafik Qoruğuna ekskursiya təşkil olundu.

E.Cəfərov adına 118 nömrəli tam orta məktəbin sinif müəllimi Binyətəliyeva Gülşənin təqdimatında Qala Dövlət Etnoqrafik Qoruğuna ekskursiya təşkil olundu. Bu gəzinti nəticəsində şagirdlər Azərbaycan tarixi və mədəniyyətinə canlı səyahət etdilər. Ekskursiya zamanı şagirdlərə dünyanın və Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri Abşeron yarımadasının şimal-şərqində yerləşən Qala kəndi və 2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən Qala Tarix-Etnoqrafiya Qoruğunun ərazisində açıq səma altında yaradılan Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi haqqında məlumat verildi. Bildirildi ki, açıq səma altında olan bu muzeydə 200-dən çox arxeoloji və memarlıq abidələri – qəribə kurqanlar, qədim yaşayış məskənləri, minillik qəbirlər aşkar edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi