Bir qrup şagirdlər Qala kəndində yerləşən muzeydə ekskursiyada oldular.

Beş minillik tarixə malik olan Qala kəndində eramızdan əvvəlki üçüncü minilliyə aid tarixi mühitin qorunub saxlanması həqiqətən bu yaşayış ərazisində analoqu olmayan - səma altında muzeyin yaradılması dövrün ehtiyacı idi. Çünki tarixi əhəmiyyət daşıyan memarlıq abidələri bu yerlərin qədim yaşayış məskənlərindən olduğunu təsdiqləyir. Arxeoloji nümunələrlə zəngin bir ərazidə tarixi abidələrin mühafizəsi və qorunması ilə bağlı yeni bir muzeyin yaradılması məhz XXI əsrə təsadüf etdi. 2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və onun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə qoruğun ərazisində açıq səma altında Arxeoloji-Etnoqrafik Muzey Kompleksi yaradıldı. Məktəbin tədbirlər planına əsasən Şəlalə Novruzovanın təşkilatçılığı ilə bir qrup şagirdlər muzeydə ekskursiyada oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi