7-ci siniflərarası bilik yarışması keçirilmişdir.

"Təhsil millətin gələcəyidir" deyən Ümummilli lider Heydər Əliyev Azərbaycanda təhsil sahəsinə həmişə diqqət və qayğı göstərmişdir. Heydər Əliyev siyasətinin layiqli davamçısı olan Azərbaycan Respublikasinın Prezidenti İlham Əliyev, siyasətinin prioritet istiqaməti kimi, təhsil sistemi qarşısında duran əsas vəzifələri müəyyənləşdirərək azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət hissinin, milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanması, vətənə sədaqət, vətəndaşlıq mövqeyinin formalaşdırılması, vətənpərvərlik tərbiyəsi məsələlərini önə çəkmişdir. Dövlət başçısının təsdiq etdiyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas məqsədi keyfiyyət səviyyəsinə görə dünyada qabaqcıl mövqe tutan təhsil sistemi formalaşdırmaqdır.

Məktəbin Tədbirlər Planına uyğun müntəzəm olaraq intellektual bilik yarışmaları keçirilir. Yarışmaların keçirilməsində məqsəd cəmiyyətimizə və dövlətimizə savadlı, hərtərəfli, bilik və bacarıqlara, səriştələrə yiyələnmiş fərdlər yetişdirməkdir. Tərbiyə işləri üzrə direktor müavini Cavid Cəfərzadənin təşkilatçılığı ilə məktəbin riyaziyyat müəllimləri Gülnar Məhərrəmova, Aytən İsmayılova, Türkan Ədilova, Səma Məmmədova, Samirə Vəliyevanın hazırladığı 7-ci siniflərarası bilik yarışması keçirildi. Şagirdlərə təqdim olunan suallar müvafiq zaman ərzində cavablandırıldı. Qaliblər Diplom və medallarla təltif edildilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi