Şagirlərimiz "Qanlı Yanvar" şeir müsabiqəsinə uğurla iştirak etmişdir.
Suraxanı Gənclər İdman idarəsi və Suraxanı Rayonu Heydər Əliyev mərkəzinin birgə təşkil etdiyi 20 Yanvar faciəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş "Qanlı Yanvar" şeir müsabiqəsində məktəbimizin 9-cu sinif şagirdləri Məmmədli Fatimə rayon birincisi, Hilda Rəhmanova II yeri tutduğuna görə Suraxanı rayon Heydər Əliyev Mərkəzi və Suraxanı rayon Gənclər və İdman İdarəsi tərəfindən Diplomla təltif olunmuşdur. Bu münasibətlə məktəbin direktoru N.F.Ağcayev şagirdləri təbrik etmiş,ona gələcəkdə yeni uğurlar arzulamışdır.