"Heydər Əliyev və Azərbaycançılıq" mövzusunda dəyirmi masa keçirilmişdir.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş tədbirlər planına əsasən A. Könülün təqdimatında "Heydər Əliyev və Azərbaycançılıq" mövzusunda dəyirmi masa keçirilmişdir. Ulu öndər Heydər Əliyev o şəxsiyyətlərdəndir ki, O, Özü bir tarix, salnamə yaratmış, zamanın axarını nizamlamaq qüdrətinə sahib olmuşdur. Bu gün isə Onun fəaliyyətinin, gərgin əməyinin bəhrələrindən təkcə xalqımız yox, bütün region xalqları, böyük İslam dünyası və türk xalqları faydalanır. Elə buna görə də, Ulu öndərimizin adı dünyanın hər yerində Uca tutulur, xatirəsi ehtiramla anılır. Ulu öndər Heydər Əliyev Azərbaycanın və azərbaycanlıların Ümummilli lideridir.