"Təbiəti qoruyaq" devizi ilə ağac əkmə aksiyası keçirilmişdir.
19.04.2022 -ci il tarixində Etibar Cəfərov adına 118 nömrəli tam orta məktəbin həyətyanı sahəsində Suraxanı Rayon İcra Hakimiyyətinin və Valideyn-məktəb icmanın təşkilatçılığı ilə "Təbiəti qoruyaq" devizi ilə ağac əkmə aksiyası keçirilmişdir. Aksiya zamanı 200 -ə yaxın həmişə yaşıl ağac əkilmişdir. Aksiyada Suraxanı icra hakimiyyətinin nümayəndələri, icmanın nümayəndələri, şagirdlər, müəllimlər iştirak edirdi.