"Müasir Azərbaycanın memarı" başlığında dəyirmi masa keçirilmişdir.

Ümummilli Lider daim milli həmrəyliyin qorunmasına və dövlətçilik ənənələrinin yaşadılmasına müstəsna əhəmiyyət verərək milli-mənəvi dəyərlərin yaşadılması, qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-strateji məqsədlərə çatmaq üçün hərbi kadr potensialının formalaşdırılması istiqamətində atdığı əməli addımlar müstəqilliyimizin bərpası yolunda mühüm önəmə malik olmuşdur. Məktəbin tədbirlər planına əsasən silsilə tədbirlər davam edir. Tərbiyə işləri üzrə direktor müavini Cəfərzadə Cavid Əli oğlunun təşkilatçılığı ilə Məhərrəmova Ruhanə və Şirinov Səbuhinin təqdimatında "Müasir Azərbaycanın memarı" başlığında dəyirmi masa keçirilmişdir.