Bayraq dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir

Noyabrın 5-də Suraxanı rayon 118 nömrəli tam orta məktəbdə Dövlət Bayrağı gününə həsr olunmuş “Bayraq dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir” adlı tədbir keçirildi.Tədbir iştirakçıları əvvəlcə məktəbin foyesində təşkil olunmuş sərgiyə tamaşa etdilər.Sonra tədbir məktəbin akt zalında davam etdirildi.Akt zalındakı tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı.Tədbir aparıcıları-Dərbəndəliyev Etibar və Məmmədli Səbinə bir çox mötəbər qonaqların iştirak etdiyi tədbiri açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ətraflı danışdılar.Tədbirdə məktəb şagirdlərinin ifasında şeirlər, mahnılar, səhnəciklər ifa olundu.Həmçinin müxtəlif videoçarxlar göstərildi.Tədbirdə Suraxanı rayonu Hövsan qəsəbəsindən Milli Məclisə deputat seçilmiş Sevinc xanım Fətəliyeva, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Barxudar Barxudarov,valideyn icmasını üzvü Hacı Şaiq Əliyev çıxış etdilər.Onlar şagirdlərin çıxışlarını yüksək qiymətləndirib, tarixə nəzər saldılar. Milli-mənəvi dəyərlərimizin qorunmasında ulu öndərin və ölkə prezidenti cənab İlham Əliyevin xidmətlərindən söhbət açdılar.Bayraq gününə həsr olunmuş tədbirin sonunda tədbirdə iştirak edən müəllimlərə və şagirdlərə fəxri fərman verildi.Məktəbin direktoru Nizaməddin Ağcayev son olaraq məktəbin pedaqoji kollektivinin dəvətini qəbul edib gəldiklərinə görə qonaqlara, həmçinin tədbirin araya-ərsəyə gəlməsində əməyi olanlara minnətdarlıq etdi, şagirdlərin çıxışlarını isə yüksək qiymətləndirdi.Sonda xatirə şəkli çəkdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi