Ulu öndərin anadan olmasının 99-cu il dönümü münasibətilə şeir müsabiqəsi keçirilmişdir.

Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar olaraq məktəbin tədbirlər planına əsasən tərbiyə işləri üzrə direktor müavini Cəfərzadə Cavid Əli oğlunun təşkilatçılığı ilə şeir müsabiqəsi keçirilmişdir. Müsabiqənin təşkilində məktəbin kitabxana müdiri Kərimova Sevinc, Azərbaycan dili və ədəbiyyat müəllimləri Nüşabə Cəfərova və Məhərrəmova Çinarənin mühüh rolu vardır. Müsabiqənin nəticəsi elan olunduqdan sonra fərqlənən şagirdlər nominasiyalar üzrə diplomla təltif olundu.