31 Mart faciə qurbanlarının əziz xatirəsi yad edilib.
Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. Sovet hakimiyyəti dövründə təxminən 70 il xalqın qan yaddaşını silməyə aramsız cəhdlər göstərilsə də, bu, mümkün olmadı və nəhayət, həqiqət anı yetişdi. Faciə qurbanlarının əziz xatirəsini yad etmək məqsədi ilə məktəbin tarix müəllimi Abdulxalıqova Könülün təqdimatında sinif təşkilat saatı keçirilmişdir.