"Unutmadıq, unutdurmarıq" başlığında sinif təşkilat saatı keçirilmişdir.

Sinif rəhbərlərinin apardığı çoxcəhətli tərbiyəvi işin ən mühümü və ən əsası olan sinif təşkilat saatı şagirdlərin təhsil və tərbiyəsini təşkil etmək, fəaliyyətlərinə düzgün istiqamət vermək üçün çox fayadalı və gərəklidir. Belə bir tərbiyəvi iş üsulu ona görə çox vacibdir ki, bu vaxt şagird şəxsiyyətinin hərtərəfli və dinamik inkişafı üçün hər cür şərait yaranır. Pərvanə Çopsiyevanın təqdimatında "Unutmadıq, unutdurmarıq" başlığında sinif təşkilat saatı keçirilmişdir.