Təhsil Naziri cənab Mikayıl Cabbarovun 07 aprel 2016-cı il tarixli 191 nömrəli əmrinin icrası barədə
Azərbaycan Respublikasının Təhsil Naziri cənab Mikayıl Cabbarovun 07 aprel 2016-cı il tarixli 191 nömrəli əmrini icra etmək məqsədilə Bakı şəhəri Etibar Cəfərov adına 118 saylı tam orta məktəbdə Ceyhun Hacıbəyliyə həsr olunmuş xatirə gecəsi keçiriləcəkdir. Keçiriləcək tədbir ilə əlaqədar olaraq 27 oktyabr 2016-cı il tarixdə Bakı şəhəri Etibar Cəfərov adına 118 saylı tam orta məktəbin 10-cu sinif şagirdləri müəllimlərlərdən ibarət nümayəndə heyəti ilə birgə dahi bəstəkarımız Üzeyir Hacıbəylinin ev muzeyində oldular. Məktəbin kollektivini qarşılayan muzey əməkdaşı Gülnarə xanım Ü.Hacıbəylinin anadan olması, təhsil alması, yaradıcılıqla məşğul olması, ailəsi və ailə üzvləri haqqında, sənətkarlığı və şərəfli həyat yolu barədə şagirdlərə çox maraqlı məlumatlar verdi. Məktəblilər muzeydəki eksponatlarla və Ü.Hacıbəylinin şəxsi əşyaları ilə yaxından tanış oldular. Bu isə onların dünyagörüşünün daha da artmasına səbəb oldu. Məktəbimizin musiqi müəllimi Aynurə Əliyeva fortepianoda bir neçə kompozisiya ifa etdi. Bu ifa şagirdlərdə və muzey əməkdaşlarında xoş təəssüratlar yaratdı. Sonda muzeyin xatirə dəftərinə məktəbin rəhbərliyi və kollektivi adından ürək sözləri yazıldı.