İbtidai siniflərdə "Bahar Çələngi" tədbirləri davam edir.

Dünya yaranandan xalqlar özünəməxsus adət-ənənə yaratmış və bu ənənələri nəsildən-nəsilə ötürmüşlər. Azərbaycan xalqı o xoşbəxt xalqlardandır ki, özünün adət-ənənəsini yaratmış və dövrün, zamanın dəyişməsinə baxmayaraq, onu yaşatmışdır. Novruz bayramı bəzən insanın yaranışı ilə də əlaqələndirilir. Yəni insanın dörd ünsürdən - su, od, torpaq və küləkdən yarandığı qeyd olunduğu kimi, Novruz bayramında da dörd çərşənbə mövcuddur. Bu gün ilaxır çərşənbədir. Təhsil Nazirliyinin "Bahar Çələngi" layihəsi üzrə silsilə tədbirlər davam edir. Məktəbin ibtidai sinif müəllimi Allahverdiyeva Aytəkinin təqdimatında sinif tədbiri təşkil olunmuşdur. Tədbirdə çıxış edən Aytəkin müəllimə xalqımızın adət və ənənələrindən bəhs etmiş, şagirdlərin ifasında şeirlər, nəğmələr səslənmişdir. Tədbirin yekununda çıxış edən direktor müavinləri Cavid Cəfərzadə və Elşən Muqumov şagirdləri və valideynləri bayram münasibəti ilə təbrik etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi