İdman həftəsi çərçivəsində tədbirlər davam edir.

Bu gün bütün dünyanı, ümumilikdə insanlığı düşündürən, narahat edən problemlərdən biri də insan sağlamlığının qorunmasıdır. Sözsüz ki, hər bir şüurlu insan rahat yaşamaq, sağlam həyat tərzi keçirmək üçün vacib şərtlərə əməl edir. Sağlam yaşamağın təməlində isə məhz sağlam qidalanma durur. Bu prosesdə qarşıya çıxan bəzi problemləri ekoloji mühiti, maddi vəziyyəti nəzərə almasaq, demək olar ki, sağlam və düzgün qidalanma birbaşa insanın özündən asılıdır.

İdman həftəsi çərçivəsində məktəbin tədbirlər planına əsasən İsmayılova İlahənin təqdimatında düzgün qidalanma, sağlam həyat tərzi mövzusunda sinif tədbiri keçirilmişdir.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi