Ölkənin bütün ümumi təhsil müəssisələrində idman həftəsi keçirilir.
5 mart - Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində ölkənin bütün ümumi təhsil müəssisələrində idman həftəsi keçirilir.
E.Cəfərov adına 118 nömrəli tam orta məktəbdə idman həftəsi uğurla davam edir. Məktəbin fiziki tərbiyə müəllimi Nizami Əliyev və Əfsanə Əliyevanın təqdimatında futbol yarışması təşkil olunmuşdur.