Suraxanı rayonu, Hövsan qəsəbəsində Şəhidlər abidə-bulaq kompleksinin açılış mərasimi keçirilib.

Suraxanı rayonu, Hövsan qəsəbəsi, Donuzkökəltmə sovxozu adlandırılan yaşayış sahəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalanların xatirəsinin əbədiləşdirilməsi məqsədilə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən inşa edilmiş, ölkəmizin hər bir regionundan olan şəhidlərin fotoları əks etdirilmiş abidə-bulaq kompleksinin açılış mərasimi keçirilib.

Açılış mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, şəhid ailələri, qazilər və digər rəsmi şəxslər iştirak edib.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bildirib ki, şəhidlik adı ölüm deyil, Vətən, Torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir:

“Vətən oğullarımızın mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığımız tarixi qələbə sayəsində vaxtı ilə işğal altında olan, düşmən tərəfindən viran edilən torpaqlarımızda bu gün həyat yenidən canlanır, həmin ərazilərə öz yurd-yuvasından didərgin düşmüş məcburi köçkünlərimizin qayıtması üçün hərtərəfli şərait yaradılır”.

Şəhid analarına və onların doğmalarına dərin hüznlə bir daha başsağlığı verərək səbr diləyən RİH başçısı Əziz Əzizov və tədbir iştirakçıları abidə-bulaq kompleksini ziyarət edərək üzərinə gül dəstələri düzüb, bütün şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

Həmçinin, tədbirdə E.Cəfərov adına 118 nömrəli tam orta məktəbin şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi