Xocalı faciəsinin 30-cu il dönümüdür.

Ermənistanın tarix boyu azərbaycanlılara qarşı yürütmüş olduğu etnik təmizləmə və soyqırım siyasəti nəticəsində yüz minlərlə dinc insan kütləvi surətdə qətlə yetirilmiş, öz torpaqlarından didərgin salınmışdır. Xocalı faciəsinin 30-cu il dönümü ilə bağlı tədbirlər planına əsasən xüsusi dərslər təşkil olundu. Xüsusi dərslərdə Xocalı faciəsinin baş vermə səbəbləri, erməni vəhşiliyindən söhbət edildi, məlumatlar verildi. Məktəbin direktor müavini Cavid Cəfərzadə və Elşən Muqumov həmin dərslərin gedişatını izləmiş, həmçinin şagirdlərə bu haqda ətraflı məlumat vermişdir.