Məktəbin tədbirlər planına əsasən Xocalı soyqırımının 30-cu il dönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Məktəbin tədbirlər planına əsasən Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
XX əsrin ən dəhşətli və qəddarcasına törədilmiş soyqırımı cinayəti olan bu hadisə məqsədli şəkildə həyata keçirilib, yüzlərlə Xocalı sakini, mülki əhali, qadın, uşaq, yaşlılar amansızlıqla qətlə yetirilib.
Tədbirlər planına əsasən direktor müavini Cəfərzadə Cavid Əli oğlunun təşkilatçılığı ilə Hacıyeva Rəhilə, Namazova Könül, Həsənova Könül, Şirinov Səbuhi, Abdulxalıqova Könülün təqdimatında "Həm anaq, anlayaq və unutmayaq biz" adlı kompozisiya təşkil olunmuşdur. Tədbir başlamazdan öncə rəhbərlik, qonaqlar Xocalı soyqırımı ilə bağlı təşkil olunmuş rəsm, əl işlərindən ibarət sərgi ilə tanış olunmuşdur. Tədbirdə çıxış edən Suraxanı RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevinc Ağayeva tarixi torpaqlarımızda məskunlaşmış ermənilərin ölkəmizə qarşı daim ərazi iddiasında olmaları, məkrli və təcavüzkar siyasət yürütmələri bir həqiqətdir. Nizaməddin Ağcayev cıxış edərək bildirdi ki, Xocalıda törədilən soyqırım aktı təkcə Azərbaycan xalqına qarşı deyil həmçinin bəşəriyyətə qarşı yönəldilmiş bir cinayətdir. Həmçinin tədbirdə direktor müavinləri Cəfərzadə Cavid, Elşən Muqumov, Hövsan kənd icra nümayəndəsi, qazi Qurbanəli bəy bu günün əhəmiyyəti və mahiyyəti haqqında iştirakçılara geniş məlumat vermişdir.