Buraxılış siniflərində yoxlama- monitorinq həyata keçirilmişdir.
Monitorinq – informasiya toplanması, müşahidə, təhlil, qiymətləndirmə və idarəetmənin effektivlik vəziyyətinin proqnozlaşdırılmasıdır. Məktəbin tədbirlər planının 2.4.6 çi bəndinə əsasən buraxılış siniflərində təhsilin keyfiyyətinin müəyyən edilməsi, buraxılış imtahanlarına hazırlıq səviyyəsini müəyyən etmək məqsədi ilə monitorinq imtahan keçirilmişdir. İmtahan əvvəlcədən müəyyən edilmiş nəzarətçilər tərəfindən, rəhbərliyin müşayəti ilə keçirildi.