E-öyrənmə tədris prosesinə uğurla tətbiq edilir.
Texnologiyanın inkişafı və təhsildə tətbiq edilməsi ilə ortaya çıxmış bu anlayışlar müxtəlif formada izah edilir. E- öyrənmə tədris proqramının rəqəmsal resurslardan istifadə etməklə çatdırılmasıdır. Bu zaman öyrənən istənilən yerdən rəqəmsal qurğu,kompüter, planşet vasitəsi və internet əlaqəsi ilə bütün təhsil resurslarına çıxış əldə edir və təhsil alır.
4-Ç sinfində Fəridə Balayevanın təqdimatında Azərbaycan dili dərsində bugünki mövzu "Mauqli və dostları" idi. Cəngəlliyə,heyvanların arasına düşən balaca insanın həyatından bəhs edir. Burada heyvanlar körpəni himayə edir, ona Mauqli adını verir. Mauqli olarla birgə yaşayır, cəngəllikdə düşmən heyvanlara qarşı döyüşür. İllər keçir və o artıq hiss edir ki, insanlar arasına qayıtmaq istəyir. Cəngəllikdəki dostları ilə sağollaşıb,insanlar arasına qayıdır. Əsəri daha maraqlı edən isə bizim ona sinifdə birgə izləməmiz oldu. Uşaqlara çox maraqlı gəldi.