Buraxılış siniflərinin şagirdləri ilə monitorinq imtahanlarının müzakirəsi təşkil olunmuşdur.

Monitorinq – informasiya toplanması, müşahidə, təhlil, qiymətləndirmə və idarəetmənin effektivlik vəziyyətinin proqnozlaşdırılmasıdır. Qeyd etmək istərdik ki, respublikamızın ümumtəhsil sistemində monitorinq və qiymətləndirmə həmişə mövcud olmuşdur. Buraya şagirdlərin bilik səviyyələrini dəqiqləşdirmək üçün aparılan yoxlama işləri, imtahanlar və inspektor yoxlamaları aiddir.
02.02.2022-ci il tarixində məktəbin akt zalında məktəb rəhbərliyi ilə buraxılış siniflərinin şagirdləri ilə monitorinq imtahanlarının müzakirəsi təşkil olunmuşdur. Şagirdlərə tövsiyyələr verilmiş, həmçinin nailiyyət əldə etmək üçün daha çox çalışmağın zəruriliyi diqqətə çatdırılmışdır. Şagirdlərin təklifləri dinlənilmişdir.